Bakının mərkəzinə gedən yolda qorxunc qəza – ölən və yaralananlar varbackend

Bakının mərkəzinə gedən yolda qorxunc qəza – ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, digər avtomobilin sürücüsü 49 yaşlı Nəriman Əliyev, onun qızı, 30 yaşlı Afaq və 10 yaşlı nəvəsi Emil isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, dünən səhərdən Zığ şosesinin bir zolağında hərəkət məhdudlaşdırılıb və yolun xətlərin rənglənməsi ilə bağlı avtomobillər gediş-gəliş üçün bir zolağa istiqamətləndirilib. Bu zaman sürət həddini düzgün seçməyən sürücülərdən biri maşını yüksək sürətlə üzbəüz gələn digər avtomobilə çırpıb və ağır qəza baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, artıq yolda xətlərin rənglənməsi işləri başa çatdırılıb və hər iki istiqamətdə tam açıqdır.

İnterpress.az