19 yaşlı gənc özünü asıb – TƏFƏRRÜATbackend

19 yaşlı gənc özünü asıb – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Abşeron rayonunun Novxanı qəsəbəsində baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

Missiya.Az-ın əldə etdiyi xəbərə görə, 19 yaşlı Elvin Quliyev istədiyi qızı başqa oğlana verdikləri üçün depresiyaya düşüb. Onun sevdiyi qıza görə intihar etdiyi ehtimal olunur. O, özünü həyətlərində yerləşən tövlənin tavanından asıb.

Elvin əsgərlikdən yenicə qayıdıb. Onun dindar gənc olduğu bildirilir. E. Quliyev Novxanıdakı marketlərdən birində satıcı işləyirmiş.

Missiya.Az intihar edən gəncin fotolarını da əldə edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Elvin Elçin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. E.Quliyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. ( report.az )

İnterpress.az