7 yaşlı uşağı ilan sancıbbackend

7 yaşlı uşağı ilan sancıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 2010-cu il təvəllüdlü Ələsgər Elşən oğlu Babayev ilan sancması xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, 7 yaşlı Ələsgər Babayev yaşadığı evin həyətyanı sahəsində oynayarkən ilan onun sol əlinin kiçik barmağını sancıb. Uşağa lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

İnterpress.az