İslamiada: Günü 18 medalla başa vurduqbackend

İslamiada: Günü 18 medalla başa vurduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdmançılarımız 9 qızıl, 6 gümüş və 3 bürünc mükafat əldə edib.

Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıb.

Bununla da yığmamızın İslamiadadakı ümumi qazancı 68 medala çatıb. 33 qızıl, 23 gümüş və 12 bürüncü olan Azərbaycan millisi iki gün lideri olduğu komanda hesabında 2-ci pilləyə enib. Zirvəyə isə qonşu Türkiyə yüksəlib.

Ümumilikdə isə indiyədək 100 medal dəsti sahibini tapıb. 24 ölkə mükafat, 14-ü çempionluq sevinci yaşayıb.

İslamiada: Günü 18 medalla başa vurduq

İnterpress.az