“Rusiyanın Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən imtina etməliyik”backend

“Rusiyanın Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən imtina etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvinə necə cavab verməliyik? İki variant var. Birinci variant odur ki, bir az deyinib, yenidən heç nə olmamış kimi Rusiya ilə əməkdaşlığı davam etdirməli, silah almalı və bu ölkəni “strateji” tərəfdaş adlandırmalıyıq. İkinci variant isə odur ki, qeydiyyatın ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya konkret mesaj ünvanlanmalıdır”.
İnterpress.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsini şərh edərkən deyib.
Politoloq daha sonar vurğulayıb ki, bu qərar sıradan hansısa təşkilatın qeydiyyatının ləğvi deyil: “Qərar hüquqi yox, siyasi qərardır və qərarın müəllifi sıravi bir məhkəmə hakimi deyil, Kremlin başbilənləridir. Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars laiyəhlərindən narazıdır. Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl cəbhə bölgəsindəki artan üstüynlüyümüz Kremli narahat edir. Rusiyaya silah alışından 5 milyard dollar xeyir vermişik. Gərək bu xeyri bizə silah satmaq istəyən başqa dövlətlərə verək. Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik”.
Qeyd edək ki, bunu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. Rusiya Ali Məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib. Səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. (modern.az)

İnterpress.az