Keşiş möcüzə göstərmək istədi, timsahlara yem oldubackend

Keşiş möcüzə göstərmək istədi, timsahlara yem oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nigeriyanın nəşr orqanı “Daily Post” xəbər verib. Şahidlər iddia edir ki, keşiş Conatan Mtetva sakinləri çayın qırağına gətirərək, onlara suda möcüzə varlıq olduğunu deyib. O, Timsahlı çay adını daşıyan çaya girib və sahildən 30 metrə yaxın aralanıb.

Elə həmin vaxt ona üç timsah eyni vaxtda hücum edib. Baş vermiş hadisənin şahidlərindən biri deyib ki, onlar bu hadisənin necə baş verməsinə görə təəccübləniblər. Çünki keşiş bütün həftə boyunca dua edib və Allaha yalvarıb: “Timsahlar cəmi yarım dəqiqəyə onu məhv etdilər, biz şoka girdik”.

Bibliyanın məlumatlarına görə, suda gəzən varlıq İusus Xristosun yaratdığı möcüzələrdən biridir. O, bununla da öz şagirdlərini özünün müqəddəsliyinə inandırır. Aprelin ortasında məlumat verilmişdi ki, Zimbabvedə itən cənubi amerikalı ovçu Skot van Zilanı timsahlar yeyib. Kişi Limpopo çayının yaxınlığındakı rayonda, safaridə itmişdi.

İnterpress.az