Dənizçilik sahəsi ilə bağlı ixtisaslaşmış sayt fəaliyyətə başlayıbbackend

Dənizçilik sahəsi ilə bağlı ixtisaslaşmış sayt fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən “Dəniz” qəzetinin online versiyası olan saytda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və onun tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, gündəmə uyğun operativ açıqlamalar, maraqlı araşdırmalar nüfuzlu ekspert rəyləri yer alacaq.

“Seanews.az” da Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdiriləcək.

Saytın köməkliyi ilə siz təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə gəmiçiliklə bağlı xəbərləri anında əldə edə biləcəksiniz. Məqsəd bu sahədəki yeniliklərin ilk mənbəyi olmaq, baş verənləri maksimum operativ şəkildə oxuculara çatdırmaqdır. Gələcəkdə saytın ingilis dilində versiyası da fəaliyyət göstərəcək.

İnterpress.az