Maşallah Əhmədovun oğlu borcun ödənilməsi üçün daş təklif etdi – 3 gün möhlətbackend

Maşallah Əhmədovun oğlu borcun ödənilməsi üçün daş təklif etdi – 3 gün möhlət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, M.Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədova sonuncu dəfə vaxt verilib. Hakim bildirib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı tərəflərin razılığa gəlməsi üçün onlara üç gün vaxt verilir. Hakim növbəti prosesdə qərarını elan ediləcəyini bildirib. Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov isə məhkəmədə deyib ki, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi üçün aqlay daşlar hazırdır.

Zərərçəkmiş Yusif Əzizovun vəkili bildirib ki, dəymiş ziyan ödənilsə, barışıq əldə oluna bilər: \”Biz ibtidai istintaq zamanı Maşallah Əhmədovu çox gözləmişik. Əgər ziyan ödənilsəydi, bu gün iş məhkəməyə də gəlməzdi\”.

Növbəti məhkəmə proses mayın 19-a təyin edilib.

Qeyd edək ki, M.Əhmədov Yusif Əzizova olan 128 min manat borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci il dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan \”Neftçi\”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, M.Əhmədov 1977-ci ildən \”Neftçi\” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

İnterpress.az