İslam Oyunlarından milyonçu olan ailəbackend

İslam Oyunlarından milyonçu olan ailə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qafqazinfo” ya istinadən xəbər verir ki, o, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qızıl medallarının sayını 4-ə çatdıran atıcı həm də İslam Oyunlarının ilk 5 günündə ən çox mükafat qazanmış idmançı olub.

Lunyov həmçinin dövlət tərəfindən ayrılan mükafat fondundan da 400 min əldə edib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə hər qızıl medala görə idmançılara 100 min manat mükafat verilir.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi də idmançıların mükafatlandırılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən isə qızıl medal qazanan idmançıya 50 min manat, onun şəxsi məşqçisinə isə 25 min manat mükafat veriləcək.

Qeyd edək ki, Ruslan Lunyovun şəxsi məşqçisi atasıdır. Bu isə o deməkdir ki, Lunyovlar ailəsi ilk sərəncama əsasən 600 min, ikinci sərəncamla isə 300 min mükafat qazanıb. Deməli, ümumilikdə bu ailə İslam Həmrəylik Oyunlarından 900 min manat əldə edib.

İnterpress.az