Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycan atleti qızıl medal qazandı - İslamiada

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında ikinci qızıl medalını qazanıb.

Dərc edilib: 16 may 2017 [19:56]
Baxış sayı: 382

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Hanna Skidan qadınlar arasında çəkic atma yarışında bütün rəqiblərindən üstün olub.

Türkiyə atleti Kaya Kıvılcım Salman gümüş, mərakeşli Souakina Zakkour isə bürünc medala sahib olub.

Xatırladaq ki, bundan əvvəl para-atletika yarışlarında Samir Nəbiyev kürə itələmə yarışında çempion olmuşdu.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 459