Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Rusiya məhkəməsinin müəmmalı ÜAK qərarının sirri

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi haqda qərarı, təəssüf hissi ilə yanaşı, bir sıra prinsipial suallar doğurdu. Bu suallara cavablar çıxarılan belə bir müəmmalı hökmün sirrinə işıq salır.

Dərc edilib: 16 may 2017 [23:18]
Baxış sayı: 819

Bəli, ÜAK təşkilatı daxilində çətinliklərin və bəzi həlli vacib problemlərin yığılması, müəyyən boşluqların olması fikri ilə razılaşmaq mümkündür. Ancaq məhkəmə orqanları çox vacib məqamları qulaqardı etdi - hansı ki, bir daha hökmün qərəzli mahiyyətini sübut edir.

Ötən ilin dekabrında ÜAK görülən işlərlə bağlı vəziyyətin heç də sadə olmadığını nəzərə alaraq və başa düşərək, yenilənməyə başlamışdı. Strukturun rəhbərliyinə islahatçı əhvallı təzə adamlar gəlmişdilər. Hədəf də nəinki yığılıb qalan çatışmazlıqlardan qurtulmaq, həm də Rusiyanın ictimai həyatında faydalı şəkildə iştirak qabiliyyətinə malik quruma çevrilmək idi. Bundan əlavə, Rusiya-Azərbaycan əlaqələrini daha da gümrahlaşdırmaq üçün qurumun yeni ideyalar istehsalı funksiyasını aktivləşdirmək nəzərdə tutulurdu.

İndi belə çıxır ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın problemli durumunun obyektiv səbəblərini qulaqardı edərək, onun yeni rəhbərliyinə yenidənqurma üçün zaman şansı verməyib və süni şəkildə seytnot vəziyyəti yaradıb. Odur ki, təşkilatın təzə başçısı Fazil Qurbanov haqlı olaraq, Ədliyyə Nazirliyinin iddiasını ədalətsiz hesab edir və apelyasiya şikayəti verəcəyini bəyan edir.

Səriştəli ekspertlər və hüquqşünasların rəyincə, məhkəmənin qərarı özündə siyasi çalarlı motivlər daşıyır. Bununla yanaşı, bir çoxları məsələdə erməni izinə də diqqət yönəldirlər. Belə qənaətlər isə əsassız deyil.

Hələ 2016-cı ilin yayında Rusiyadakı erməni təşkilatları ÜAK-ı xarici casus funksiyasını yerinə yetirən qurum kimi qələmə verməyə çalışmışdı. Belə bir iddia əsasında da Rusiyanın istintaq orqanları ÜAK-ın maliyyə qaynaqlarının yoxlanması və onun sənədlərinin qanunauyğunluğu ilə bağlı kompleks yoxlama təyin etmişdi. Lakin yoxlama nəticəsində erməni təşkilatlarının təxribatı biabırcasına boşa çıxdı: həmin təftiş-yoxlama ÜAK-ın fəaliyyətində pozucu xarakterli bircə fakt da aşkarlamadı.

O vaxt Ədliyyə Nazirliyinin yaydığı rəsmi qərarda ÜAK-ın fəaliyyətinin tamamilə Rusiya qanunvericiliyinə uyğun olduğu, təşkilatın maliyyə qaynaqlarının isə erməni böhtançılarının iddia elədiyi kimi, xaricdə deyil, Rusiya daxilində olduğu vurğulanırdı. Faktiki şəkildə yoxlama instansiyalarının obyektiv ovqatı, ÜAK-ın təftiş proseduralarına və yoxlamalara qarşı açıqlığı təsdiq eləmişdi ki, artıq təşkilatın daxilində dəyişikliklər baş verir. Ən önəmlisi, o zaman quruma yeni və enerjili qüvvələrin cəlb olunması ilə təkcə iri şəhərlərdə yox, Rusiyanın hər yerində fəaliyyəti gücləndirməyin zəruriliyinin dərki hakim idi.

Bu ilin əvvəlində islahatçılar təşkilatın fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün daha effektli rejimdə işləməyə hazır olduqlarını bəyan etdilər. Onlar bildirdilər ki, çətinliklərə səbəb olacaq xoşagəlməz meyllərdən qaçmaq üçün Rusiya rəsmi idarələri ilə əl-ələ işləməyə kökləniblər.

ÜAK mövcud olduğu illərdə bir çox regional özəkləri olan iri bir struktura çevrildi. Təşkilatın onlarla bölməsi vilayət və diyarların hakimiyyətləri ilə inteqrasiya əməkdaşlığı təcrübəsi qazanmışdı. Rusiyada yaşayan azərbaycanlıların ictimai strukturunun nümayəndələri olaraq, onlar təkcə özlərinin sosial-mədəni problemlərini həll etmirdilər, eyni zamanda rusiyalı pensiyaçılara, xəstələrə və ehtiyacı olanlara kömək edirdilər.

ÜAK-ın əksər regional şöbələri Rusiya hakimiyyətinin tamhüquqlu tərəfdaşlarına çevrilməklə yerli ictimai hərəkatlarda aparıcı mövqelərə malik idi. Bu da iri mədəni-humanitar layihələrin həyata keçməsinə öz pozitiv təsirini göstərirdi. Təsadüfi deyil ki, Rusiyanın mərkəzi KİV-ləri və yerli media dəfələrlə azərbaycanlıların qurumlarının Rusiyanın mədəni-humanitar quruculuğunda iştirakını sevinclə işıqlandırmışdı – diqqəti əhəmiyyətli sosial effektin alımasının parlaq duvaqlarına yönəltməklə.

Axı, bu kimi gəlişmələrə də ÜAK-ən təcrübəsinin mühüm tərkib hissəsi kimi baxmaq lazım gəlir. O üzdən də situasiyanı azərbaycanlıların Rusiyadakı əsas ictimai təşkilatı kimi ÜAK-ın xidməti siyahısında guya passivlərin aktivləri üstələməsi kimi təqdim eləmək kökündən yanlışdır. Belə bir situasiyadan çıxış edərək də qənaət hasil olur ki, Rusiyadakı bəzi dairələr ÜAK-la bağlı öncədən, məqsədli şəkildə neqativ rəydə olub və onu rəsmi statusdan məhrum etmək qərarına gəliblər.

Ancaq bunu faciə kimi təqdim eləmək də məntiqli deyil. Necə deyərlər, tarix bununla bitmir. Şübhəsiz ki, ÜAK – mifik yox, təzədən dirçəlməyə qadir real qüvvədir. Qurum istənilən halda dirçələcək. Ancaq bu təşkilat haqda ədalətsiz qərar çıxaranlar hazırda ümidverici mərhələsini yaşayan Azərbaycan-Rusiya münasibətləri faktorunu da diqqətə almalıdırlar.

Məsələ həm də ondadır ki, ÜAK Rusiya hakimiyyəti ilə faydalı əməkdaşlıq içində köklü daxili yenidənqurmaya başlamışdı. Və bu zaman Ali Məhkəmənin qəribə qərarı ÜAK yüksəlişdə ikən onu ən uyğun olmayan məqamda, qəfil yaxalamış oldu. Ona görə də qənaət hasil olur ki, belə bir “əjdaha qərar” hər halda yuxarıdan verilən siyasi sifarişin nəticəsidir.

Son vaxtlar Rusiyada anti-Azərbaycan lobbisinin nə dərəcədə fəallaşdığı məlumdur. Bu barədə rəsmi Kremlə də, Rusiya Xarici İşlər Nazirliyinə də, “Eşşək arılarının geniş yuva saldığı” ölkənin digər idarələrinə də yaxşı məlumdur. Hədəf – Azərbaycanın Rusiyadakı mövqelərini sarsıtmaq, Bakı ilə Moskvanın münasibətlərini korlamaqdır.
Məsələ də ondadır ki, Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin əli ilə ictimai qurumun statusunu ləğv eləməklə həm də Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmuş oldu.

Böyük fransız de-Tokvil tamamilə haqlı idi deyəndə ki, “İnqilablar ən ağır zamanlarda yox, məhz ən az ehtimal edilən zamanda baş verir”. Və belə inqilablar, təcrübə göstərir ki, yaxşı heç nəyə gətirmi

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 459