“Azərbaycanda yaşayan ruslar bizim həmvətənimizdir”backend

“Azərbaycanda yaşayan ruslar bizim həmvətənimizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dövlət qurumları, ayrı-ayrı diaspor təşkilatları, ÜAK rəhbərliyi və Diasporla iş üzrə dövlət komitəsinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi Azərbaycanın ən böyük diaspor təşkilatının ləğvi barədə iddianı təmin etdi və ədalətsiz qərar qəbul edib.

Bir daha qeyd edim ki, bu qərar Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə, iki xalq arasında dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir.

Azərbaycan və Rusiya arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bir vaxtda qəbul olunmuş bu qərar Azərbaycan və Rusiya arasında formalaşmış etimada kölgə sala bilər.

ÜAK ətrafında bir neçə aydır davam edən qalmaqal və son olaraq təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya tərəfdaşlığını özünə təhlükə kimi görən qüvvələrin xüsusi ilə erməni diasporu və erməni lobbisinin təsirində olan bəzi şəxslərin fəaliyyəti dayanır.

Rusiya nəzərə almalıdır ki, Azərbaycanda yaşayan rusların mədəniyyətinə, dəyərlərinə və dilinə dövlət qayğısı var. Bu belədə olacaq çünkü Azərbaycanda yaşayan ruslar bizim həmvətənimizdir Azərbaycanın övladlarıdır .

İnterpress.az