Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Leyla Yunus və əri barəsində qərar verildi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Dərc edilib 17 may 2017 [13:41]

Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov vəsatət verərək təqsirləndirilən şəxslərin ölkədən çıxışı ilə bağlı bildirib ki, Yunusların ölkədən çıxışı ilə əlaqədar Ali Məhkəmənin qərarı var: "Ona görə də bu prosesin onların iştirakı olmadan keçirilməsi mümkündür. Bundan əlavə, onların məhkəmə iclasına hazırda iştirak etməsi müalicə almaları səbəbindən mümkün deyil. Xahiş edirəm, onların skype, whatsapp, facebook vasitəsilə məhkəmə iclasına qatılması təmin edilsin".

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib.

Hakimlər kollegiyası qərarına əsasən, vəkil Elçin Sadıqovun vəsatəti təmin edilməyib və təqsirləndirilən şəxslərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar verilib.

Şikayət üzrə məhkəmə mayın 31-də davam edəcək.

Qeyd edək ki, 2014-cü ilin dekabrın 27-də Ali Məhkəmədə Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb.

Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqda qərar verib.

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.

Dekabrın 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.

Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

2016-ci ilin aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər. ( lent.az )

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 445