Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Un 30 faiz bahalaşa bilər

"Son bir neçə ildə taxılçılığın inkişaf etdirilməsi adı ilə davamlı olaraq dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitləri ayrılır”.

Dərc edilib: 17 may 2017 [16:02]
Baxış sayı: 519

İnterpress.az xəbər verir ki, bunu aqronom, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, xüsusən buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya ayrılsa da, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir.

"Ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir. Baxmayaraq ki, Kənd Kəsərrüfatı Nazirliyi ölkədə 1 milyon 800 min tondan çox buğda istehsal olduğunu iddia edir, lakin hər il Azərbaycana 1,4 – 1,6 milyon ton buğda idxal olunur.

Ölkəyə buğda əsasən Rusiyadan idxal edilir. Dövlət büdcəsindən həmçinin toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır.

Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir”, - deyə ekspert vurğulayıb.

V.Məhərrəmov bildirib ki, keyfiyyətli toxum çatışmazlığı çox ciddi problem yaradır: "Fermerlər keyfiyyətli toxum materialı əldə edə bilmirlər, adi taxıl dənindən toxum kimi istifadə edirlər. Bu da məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir edir.
Bütün bu problemlərə görə, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edə bilmirlər. Azərbaycanın taxılçılığın inkişafı üçün geniş imkanlar və lazımı resurslar mövcuddur. Yetər ki, aidiyyəti qurumların sahəyə diqqəti artırsın”.

Mütəxəssis hesab edir ki, taxılçılıq sahəsində bu vəziyyət davam edərsə, tələbat yenə də idxal hesabına ödənilərsə, qiymətlər fantastik dərəcədə bahalaşa bilər: "Dünya bazarında 1 ton ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 175,82 dollar təşkil edir. Bu o deməkdir ki, idxal olunan buğdadan alınan unun qiyməti ən azı 30 faiz bahalaşacaq”.

İnterpress.az










Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 458