Müsavatdan mitinq qərarı…backend

Müsavatdan mitinq qərarı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 16-da Müsavat Partiyasının keçirilən Sədrlər Şurasının iclasında mitinq qərarı verilib. Partiya mayın 28-də saat 11:30-da Respublika Günü münasibətilə Novxanıda bayram mitinqi keçirmək barədə qərar qəbul edib. Müsavat başqanı Arif Hacılı hər kəsi mitinqdə fəal iştirak etməyə çağıraraq, bu barədə rayon təşkilatlarının sədrlərinə tapşırıqlar verib. Məlumatı bastainfo.com saytı verib.

Müsavatın Novxanı mitinqindən sonra ölkədəki durumla bağlı etiraz aksiyası planlaşdırması barədə də məlumat yayılıb. Partiyanın Təşkilat Şöbəsinin sədri, Divan üzvü Razim Əmiraslanlı mitinq hazırlıqlarının getdiyini söylədi: “Bildiyimiz kimi, Müsavat Partiyası hər il 28 mayda Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı Novxanıda ulu öndər Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirir. Bu il də ənənəvi olaraq, bayram mitinqi keçiriləcək. Bununla bağlı artıq Divanın qərarı var. Rayon təşkilatlarının toplantıları keçirilir, ciddi hazırlıq işləri görülür, tapşırıqlar verilir. Gələn il Cümhuriyyətimizin 100 illiyi ilə bağlı da partiyanın strukturlarında müzakirələr gedir, yaxın aylarda bununla bağlı qərar veriləcək və tədbirlər planı hazırlanacaq. Çox güman ki, Müsavat Partiyası 2018-ci ili Cümhuriyyət ili elan edəcək. Hazırda qarşıdan gələn Respublika Günü ilə bağlı şahmat turniri keçirilir. Turnir artıq yekunlaşmaq üzrədir. Şənbə günü turnir bitəcək və qalib müəyyən ediləcək. Mükafatlandırma 28 mayda olacaq. Partiya olaraq, mitinq daim gündəmdədir. Nə vaxt keçiriləcəyi gedən müzakirələrdən asılıdır”.

İnterpress.az