Nəcməddin Sadıqov NATO-nun toplantısındabackend

Nəcməddin Sadıqov NATO-nun toplantısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 17-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Görüşdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

İnterpress.az