“ÜAK-ın ləğvi siyasi qərardır” – Millət vəkilibackend

“ÜAK-ın ləğvi siyasi qərardır” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir:

“Bu, həm də Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir”.

ÜAK-ın qeydiyyatının ləğvini çox sərt qərar sayan A.Mollazadə əlavə edib ki, Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir:

“Bu, iki ölkə arasında olan münasibətlərə xələl gətirir. Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

İnterpress.az