Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Təhsil haqqı aşağı salındı...

Bu il özəl ali məktəblər təhsil haqlarını aşağı salıb. Son 2 ildə manatın ucuzlaşması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib.

Dərc edilib: 18 may 2017 [11:32]
Baxış sayı: 227

Bu özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib. Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Ən az nəticə isə Odlar Yurdu Universitetində idi - cəmi 11% yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50%-ə yaxın idi.

Universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar.

Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Ötən il Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə) fakültəsində təhsil haqqı 1 800 manat, qalanlarında 2000 manat idi. Bu il isə qiymətlər belə dəyişir:

Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah ediblər. "Ötən il bizim ali məktəbdə təhsil haqqı bəzi universitetlərdən aşağı idi. Ona görə də biz yerlərin boş qalması problemi ilə üzləşmədik. Bu il də müəyyən addımlar atdıq ki, daha effektiv tələbə cəlb edək".

ADA Universitetində qiymətlər dəyişməyib. Burada bakalavr pilləsində təhsil haqqı 6 000-6 500 manat arasında dəyişir. Magistr təhsili isə 6 500 - 28 000 manat arasında dəyişir.

Qərb Universitetində də qiymətlər ötən illə müqayisədə 50% aşağı salınıb.
Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib. (fins.az)

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 459