“Şadam ki belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib“backend

“Şadam ki belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.

Dövlət başçısı bu hadisə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib: “Bu, Azərbaycan neft sənayesində çox tarixi hadisədir. Çünki bugünə qədər Azərbaycanda bu boyda qazma qurğusu tikilməyib. Qazma qurğusunun inşaatında iştirak edən bütün işçiləri, əməkdaşları təbrik edirəm. Şadam ki belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşaasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti uğurlu əməkdaşlıq layihəsinin uğurla icra edildiyini görürük”.

İnterpress.az