Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Heç birinizə rəhm etməyəcəm!"

"Yanılırsınız "marallar!" ANS-i hakimiyyət yox, kütləvi laqeyidlik bağlayıb!"

Dərc edilib 18 may 2017 [14:50]

İnterpress.az "Qaynarinfo" ya istinadən xəbər verir ki, tanınmış telejurnalist və lisenziyası ləğv edilən ANS kanalının vitse-prezidenti Mirşahin Ağayev bunu sosial şəbəkədə ANS TV-ni təhqir edən istifadəçilərdən birinə cavab olaraq yazıb.

"Tələsməyin, bir az uzaqgörən olun, bütün sursatınızı sərf etməyin. Sabah qarşınızda olacam. Qabağımda əliyalın olacaqsınız! Söz verirəm: Heç birinizə rəhm etməyəcəm! Hesabla bu qədər sadəlövh olmamalıdır axı adam! Yəni sizə doğurdan da elə gəlir ki, məni dəfn etmisiniz?! Yanılırsınız "marallar!" ANS-i hakimiyyət yox, kütləvi laqeyidlik bağlayıb! Mənim davam hakimiyyətlə deyil, bu laqeyidliklədir. Uzun müddət yazığım gəldiyindən loyal yanaşdığım siz "anonim şəxsciklərə" olacaq! Heç kimi unutmamışam! Ona görə də ehtiyatlı olun! Mirşahinin zühuruna hazır olun! Az qalıb! Yenə də şəkil çəkdirən siz olacaqsınız, əsas fon mən! Söz verirəm! Mikayıl Müşfiqi də, Hüseyn Cavidi də siz məhv etmisiniz, Mir Cəfər Bağırov yox!"

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 409