ATƏT-dən çağırışbackend

ATƏT-dən çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bir neçə etibarlı mənbələrdən toplanmış məlumata görə, mayın 15-də Azərbaycanın Silahlı Qüvvələri Təmas Xətti boyunca hərbi texnikanı hədəf alaraq raket zərbəsi endirib. 16 may axşamı və 17 mayda Ermənistan Silahlı Qüvvələri müxtəlif çaplı minaatan atəşi ilə cavab veriblər. Hər iki tərəfdən belə hərəkətlər atəşkəs rejiminin pozulmasına əhəmiyyətli təsir edir və həyəcan doğurur\”, – deyə həmsədrlər – İqor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (ABŞ) bildirib.
\”Son zərbələrin hədəfləri, eləcə də davamlı insan tələfatı və xəsarətlər barədə ziddiyyətli məlumatlar mövcuddur\”, – deyən həmsədrlər əlavə araşdırma aparacaqlarını da bəyan edib.

Nə baş verib?

Azərbaycan qüvvələri Ermənistan ordusunun OSA havadan müdafiə sistemini bazar ertəsi günü məhv etdiyini deyib.

Çərşənbə günü tanınmamış \”Dağlıq Qarabaq Respublikasının\” müdafiə nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasını idda edən video yayıb.

Hücumun səbəbini Azərbaycan hərbi qüvvələrinin atəşinə cavab olduğunu idda edən bəyanatda Azərbaycan tərəfinin \”itkilər\” verdiyi iddia edilir.

Lakin paylaşılan videoda mərmilərin partlayışı nəticəsində kiminsə xəsarət aldığı aydın deyil.

Bir qismi adi kamera ilə çəkildiyinə bənzəyən videonun, digər qismi dron və yə təyyarəyə yerləşmiş kamera ilə çəkildiyi hiss edilir.

Videonun dərc edilməsindən sonra Azərbaycanın Müdafiə Nazirliyi \”Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiq etdi\” başlıqlı bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki olmadığı və döyüş texnikasına ziyan dəymədiyini bildirib.

Nazirliyin daha sonrakı bəyanatında isə Ermənistan qüvvələrinin pilotsuz uçuş aparatlarından (dron) istifadə etdiyi qeyd edilib və açılan atəşin Ağdam istiqamətində olduğu bildirib (BBC).

İnterpress.az