“Jurnalistlər üçün 3-cü bina da tikilə bilər”backend

“Jurnalistlər üçün 3-cü bina da tikilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MŞ sədri \”Yeni Müsavat\” qəzetinə verdiyi müsahibədə jurnalistlər üçün üçüncü binanın da tikilə biləcəyini deyib.

O, hazırda jurnalistlərin istifadəsində olan birinci bina ilə bağlı dövlət başçısına xahişini və onun da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını xatırladıb:

\”Mənim üçün çox xoşdur ki, bu məsələni xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq\”.

İnterpress.az