Trump-ın impiçmentini tələb edənlərin sayı milyonu keçibbackend

Trump-ın impiçmentini tələb edənlərin sayı milyonu keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Petisiyanın tərtibçisi Massachusetts ştatından vəkil John Bonifaz-dır. Sənəddə bildirlir ki, prezident Donald Trump ABŞ Konstitusiyasının xarici və daxili hədiyyələr maddəsini və başqa qanunları pozduğuna görə impiçment olunmalıdır.
Hədiyyələr Maddəsində (The Emoluments Clause) deyilir ki, prezident Konqresin xüsusi icazəsi olmadan heç bir kral, şahzadə və ya xarici dövlət başçısının hədiyyəsini qəbul edə bilməz.

Cənab Bonifaz \”Xalq üçün Söz Azadlığı\” fondunun həmtəsisçisidir.
O, MassLive portalına deyib ki, petisiyanı imzalayanların bu qədər çox olması adamların Konstitusiyanı müdafiə etmək istədiklərini nümayiş etdirir.

Bonifaz deyib ki, prezident barədə yayılan son xəbərlər adamları narahat etməyə bilməz.
Həftənin əvvəllərində Washington Post qəzeti yazıb ki, Donald Trump İŞİD-lə bağlı son dərəcə həssas və tamamilə məxfi informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya səfiri Sergey Kislyakla paylaşıb.

Bunun cavabında Trump Tvitter hesabından yazıb ki, onun bir prezident kimi istədiyi məxfi informasiyanı açmaq hüququ var.
Bunun ardınca yayılan xəbərlərdə isə deyilirdi ki, Donald Trump FTB-nin keçmiş direktoru James Comey-dən onun adamlarının Rusiya ilə əlaqələrinə dair təhqiqatın dayandırılmasını tələb edib. Comey onun bu tələbini yerinə yetirmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.
Comey-nin yazdığı memoda deyilir ki, söhbət ilk növbədə keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in Moskva ilə bağlarına dair təhqiqatdan gedirmiş.

Cənab Flynn ötən fevral ayında Rusiya səfiri Sergey Kislyakla söhbətinin məzmunu barədə vise prezident Mike Pence-ə yanlış məlumat verdiyi iddiaları ilə istefa verib.
Ağ Ev isə israr edir ki, sözü gedən memoda Trump-la FTB başçısı arasında yer almış söhbət təhrif edilib.

Lakin indi Trump-ın impiçmentini təkcə adi seçicilər yox, həm də Konqres demokratları və hər iki partiyadan olan siyasətçilər tələb edirlər.
Hətta Trump-ın öz partiyadaşları olan respublikaçılar da impiçment variantını götür-qoy etməyə başlayıblar. (bbc)

İnterpress.az