Macron ilk gündən jurnalistlərin qəzəbinə gəldibackend

Macron ilk gündən jurnalistlərin qəzəbinə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Makronun qərarına görə, onu bu səfərdə Fransız mətbuatının xüsusi seçilmiş jurnalistləri müşayiət edəcək. Bu qərar diğər jurnalistlərin qəzəbinə səbəb olub. Onlar hətta Makronu Trumpla, onun jurnalistlərə olan qeyri-adekvat münasibəti ilə, qoyduğu məhdudiyyətlər ilə müqayisə ediblər.
Nəticədə, \”Le Monde\” qəzetinin, o cümlədən iyirmi media, informasiya agentliyi \”Agence France-Presse\” və ictimai televiziya kanalı Prezident Administrasiyasının hərəkətlərini pisləyən birgə bəyanatla çıxış edib.

\”Heç bir halda Elysee Sarayı jurnalist seçiminə hüququ çatmır. Makrondan öncəkilər səfərlər üçün mətbuat işçilərinin daxili işlərinə qarışmırdılar, işıqlandırma üçün müdaxilə etmirdilər\” – məktubda deyilir.

Xatırladaq ki, bu gün 19 Mayda Macron Fransız əsgərlərin radikal islamçılar ilə mübarizə apardıqları Maliyə səyahət etməyi planlaşdırılıb. Bu Avropa xaricində yeni prezidentin ilk səfəri olacaq. Bundan əvvəl, onun administrasiyasının üzvləri bu səfər üçün Makronu müşayiət edəcək xüsusi jurnalistləri dəvət edib.
Elysee Sarayı verilən bu qərarın əks reaksiyasına təəssüfləndiyini bildirib. Onların fikrinə görə, Prezidenti müşayiət edəcək jurnalistlər bu səfərlə bağlı mövzuları yüksək dərəcədə mənimsəyən jurnalistlərdir.

İnterpress.az