İnstagram depressiya yaradan şəbəkədirbackend

İnstagram depressiya yaradan şəbəkədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada keçirilən sorğunun nəticələri bunu göstərir.
Böyük Britanıyanın səhiyyə təşkilatı tərəfindən keçirilən tədqiqatda yaşı 14-24 arası olan 1479 nəfər iştirak edib.

Gənclərə 5 məhşur şəbəkədən hansının istifadəçilərinə daha mənfi təsir göstərdiyini söyləmələri təklif olunub.
Sorğu iştirakçıları YouTube, Instagram, Snapchat, Facebook və Twitter kimi sosial şəbəkələrin onların sağlamlığına və yaşayışına necə təsir göstərməsi barədə suallara cavab veriblər.

Onlar anketdə hər platformada 14 meyar üzrə – həyəcan, depresiya, tənhalıq, təqib və bədən qavrayışı kimi problemlərə toxunan sualları balla qiymətləndiriblər.

Sorğunun nəticələrinə görə, YouTube, Twitter və Facebook psixi sağlamlığa müsbət təsir göstərir. Ən pis nəticəni isə Instagram və Snapchat alıb.

\”Maraqlıdır ki, Instagram və Snapchat psixi sağlamlıq və rahatlıq çərçivəsində reytinqdə ən son yeri tutub. Hər iki platforma şəkillərdən ibarətdir və görünən odur ki, bu da gənc insanları özünü natamam hiss etməyə və həyəcanlamağa məcbur edir \”, – deyə Böyük Britaniya səhiyyə təşkilatının başçısı Shirley Cramer bildirib.

Tədqiqat xəbərdarlıq edir ki, şəbəkələr gənclərin psixoloji problemlərini gücləndirə bilər. Lakin bunun üzərində məqsədyönlü işləyəcəkləri təqdirdə platformaların gənclərə müsbət təsir göstərə biləcəyi də qeyd olunur.
Kral səhiyyə təşkilatı sosial şəbəkələri istifadəçilərə həddən artıq davamlı resurslardan istifadə barədə bildiriş göndərməyə və psixi problemləri olan insanları internetdə müəyyən etməyə çağırıb.

Təşkilatın fikrincə, sosial media həmçinin paylaşılan şəkillərin necə hazırlanması barədə istifadəçilərə məlumat verməlidir. Bu, məhşurlar və reklam hesablarına aiddir. (bbc)

İnterpress.az