Vitse-prezident: “Məsuliyyətimiz böyük idi”backend

Vitse-prezident: “Məsuliyyətimiz böyük idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Həmrəyliyi Oyunlarında karate üzrə milli yığmamız uğurla çıxış edib və 10 medal qazanıb. Karateçilər 5 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. Beləliklə, karateçilərimiz iki gün ərzində 10 mükafat — 5 qızıl, 2 gümüş və 3 bürünc əldə ediblər. Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov qazanılan uğurlar haqqında Sputnik Azərbaycan-a bunları deyib: “Hər şey gözlədiyimizdən yaxşı oldu. Proqnozlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal idi. Çünki, bu yarışda çox güclü karateçilər var idi. Misir, İran və Türkiyə idmançıları xüsusilə güclü idilər. İdmançılarımız isə belə çətin rəqiblərin öhdəsindən gələrək uğura imza ata bildilər. Məsuliyyətimiz böyük idi. Çox şükürlər olsun ki, belə yaxşı uğura imza ata bildik”.

İnterpress.az