Mehriban Zeynalova polislərə təlim keçdibackend

Mehriban Zeynalova polislərə təlim keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud sterotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sulların verilmə üsülü, təhqiqat zamanı stimqa ilə müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə zərərcəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni vasitələrin tətbiqinə dair müzakirələr aparılıb.

Təlimdə əsasən sahə müvəkilləri və azyaşlılarla iş üzrə məsul olan polis əməkdaşları iştirak edib. Qazax şəhəri üzrə iştirakçıların sayı 30 nəfər, Tovuz şəhəri üzrə 31nəfər, Şəmkir şəhəri üzrə isə 49 nəfər olmuşdur. Ümimilikdə iştirakçıların sayı 110 nəfəri əhatə edib.

Təlimdə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanıb.

Mehriban Zeynalova polislərə təlim keçdi

İnterpress.az