Braziliya prezidenti Mişel Temer korrupsiya işi üzrə şübhəli bilinirbackend

Braziliya prezidenti Mişel Temer korrupsiya işi üzrə şübhəli bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məhkəmə işinə prezidentin guya iki nüfuzlu biznesmenə parlamentin sabiq spikeri Eduardo Kunyaya rüşvət vermələri barədə təklifinin əks olunduğu audioyazı səbəb olub.

Prezident Mişel Temer isə öz növbəsində heç kimə rüşvətlə bağlı göstəriş vermədiyini və istefaya getməyəcəyini bildirib.

Eduardo Kunya 2015-ci ildə parlamentin spikeri olduğu zaman sabiq prezident Dilma Rusef barəsində impiçmentə dəstək vermişdi. Həmin dövrdə onun özünə qarşı korrupsiya ilə bağlı cinayət işi açılmışdı və Rusefin tərəfdarları Kunyanın buna görə prezidentdən qisas aldığını iddia edirdilər. Nəticədə sabiq spiker 15 il həbs cəzasına məhkum edilmiş, Rusef isə prezident postundan məhrum olmuşdu.

14ymedio xəbər portalının yaydığı xəbərə görə, Braziliyada minlərlə insan Mişel Temerin istefası və ümumi seçkilər keçirilməsi tələbi ilə küçələrə çıxıb. Aksiyalar ölkənin onlarla şəhərini əhatə edib. Ən miqyaslı nümayişlər Rio-de-Janeyroda, San-Pauluda və paytaxt Braziliada keçirilib. (azərtac)

İnterpress.az