Ər-arvadı şantaj edib – 31 min pul aldılarbackend

Ər-arvadı şantaj edib – 31 min pul aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.

Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.

İnterpress.az