Kral Salman Trampa ən yüksək dövlət nişanı mükafatı verdibackend

Kral Salman Trampa ən yüksək dövlət nişanı mükafatı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxt Ər-Riyada gələn Trampı həyat yoldaşı Melania Trump da müşayiət edir.

ABŞ Prezidenti və xanımını Səudiyyə Ərəbistanı Kralı Salman bin Abduləziz əl Səud qarşılayıb. Kral Salmanı qarşılanma mərasimində oğlu Məhəmməd bin Salman da müşayət edib.

Mətbuata açıqlama verdikdən sonra, Yemamə Sarayında toplantı keçrilib. Kral Salam bu tədbirdə ABŞ prezidenti Trampa ölkənin ən yüksək dövlət nişanı “Kral Abduləziz” dövlət nişanını təqdim edib.

Tramp paytaxt Ər-Riyadda 3 ayrı sammitə qatılacaq. ABŞ prezidenti Trampın Səudiyyə səfərinin əsas məqsədinin isə Obama dövründə yaşanan problemlərin aradan qaldırılması və iqtisadi əlaqələrin gücləndirilməsi olduğu bildirilir. Səfər çərçivəsində Körfəz ölkələri ilə ABŞ arasında silah satışı ilə bağlı müqavilələrin də imzalanacağı güman edilir.

Tramp Səudiyyədən sonra, İsrailə səfər edəcək. (avropa.info)

İnterpress.az