Fövqəladə qurultay başladı – CANLI YAYIMbackend

Fövqəladə qurultay başladı – CANLI YAYIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə qurultayda iştirak edən Rauf Arifoğlu musavat.com-a məlumat verib. Bundan əvvəl onun məlumat və fotoları əsasında qurultayın keçirildiyi \”Arena\” salonundan reportaj təqdim etmişdik.

Qurultay yoxlama, divan seçkisi, sayğı duruşu və İstiqlal marşının oxunması ilə başlanacaq. AK Partiya başqanı və baş nazir Binali Yıldırımın çıxış edəcəyi qurultayda başqan və digər mərkəzi orqanlara üzvlüyə namizədlər divan rəhbərliyinə müraciət edəcək.

Daha sonra dəyişiklik təklifi müzakirə olunaraq səsverməyə çıxarılacaq, ardınca isə başqan namizədi partiya üzvlərinə müraciət edəcək. Başqan seçimi ilə davam edəcək qurultayda bir çox komissiyaların üzvlərinin seçkisi də baş tutacaq. Qurultay partiya rəhbərinin təşəkkür nitqi ilə yekunlaşacaq.

Musavat.com Türkiyə və region üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu tarixi hadisənin gedişini həssaslıqla izləyir və onu oxucuları üçün canlı yayında təqdim edir.

Eyni zamanda, qurultayın işini izləyən \”Yeni Müsavat\” Media Qrupunun rəhbəri Rauf Arioğlunun məlumatları, fotoları da reportajlara əlavə edilir.

İnterpress.azhttps://youtube.com/watch?v=NeNYNR4eT74