22 mayda Bakıda bu avtobusların marşrut xətti dəyişdiriləcəkbackend

22 mayda Bakıda bu avtobusların marşrut xətti dəyişdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BNA-nin sözçüsü Mais Ağayev bildirib ki, ümumilikdə 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq:
Zabrat-Maştağa istiqamətindən \”Koroğlu\” nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqaməti Bakıxanov dəmir yolu stansiyasına yönəldiləcək,
Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və \”Həzi Aslanov\” metro stansiyasına istiqamətləndiriləcək.
Ziya Bünyadov prospektindən 24 saylı marşrut xətti üzrə avtobuslar Əsədullayev-Y.Əliyev-Mehmandarov, Sülh-Qəmbərov-R. Rüstəmov-Q. Qarayev prospekti-Ş. Mirəzyev- T. Abbasov-Ə. Vəliyev-Q.Qarayev prospekti, sonra mövcud xətt üzrə hərəkət edəcək;
Əks istiqamətdə isə Ziya Bünyadov-Q.Qarayev-Ə. Vəliyev-M.Abbasov-Ş. Mirəzyev-Q.Qarayev prospekti-R.Rüstəmov-Qəmbərov-Əfəndiyev-Sülh-Mehmandarov-Y.Əliyev-Əsədullayev xətti üzrə sərnişin daşıyacaq.
Ziya Bünyadov prospektindən 93 saylı marşrut xətti üzrə avtobuslar E. Mehdiyev-Bakıxanov-dəmir yolu stansiyası-Əfəndiyev-R. Qəmbərov-R. Rüstəmov-Ş. Mirəzyev-T. Abbasov-Ə. Vəliyev-Q. Qarayev prospekti-Ziya Bünyadov prospekti, sonra isə mövcud xətt üzrə hərəkət edəcək;
Əks istiqamətdə isə avtobuslar Z. Bünyadov-Q. Qarayev-Ə. Vəliyev-M. Abbasov-Ş. Mirəzyev-Q. Qarayev prospekti – R. Rüstəmov- R. Qəmbərov-Əfəndiyev-Y. Əliyev-Əsədullayev, sonra isə mövcud xətt üzrə işləyəcək.

İnterpress.az