Azərbaycanlı İŞİD-çi Türkiyəni böyük terrordan “xilas” edibbackend

Azərbaycanlı İŞİD-çi Türkiyəni böyük terrordan “xilas” edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzVision.az-a istinadən xəbər verir ki, Azəraycan vətəndaşının ifadəsi əsasında aparılan araşdırma zamanı terrorçuların xarici ölkə vətəndaşı olduğu üzə çıxıb.

İŞİD-çilərin Ankarada kirayə qaldıqları evdə axtarış zamanı 2 “kalaşnikov” avtomatı, çoxlu sayda əl qumbarası, güllə aşkar edilib. Məlum olub ki, İŞİD yaraqlılarının hədəfi AKP-nin bu gün keçirilən 3-cü növbədənkənar qurultayı olub.

Vaxtında həyata keçirilən əməliyyatla dəhşətli terror planının qarşısını alınıb.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada anti-terror əməliyyatı keçirilib. Əməliyyat zamanı Ankarada terror aktı planlaşdıran 2 İŞİD-çi zərərsizləşdirilib.

Ankara valisi Ercan Topaca əməliyyatın İstanbulda saxlanılan Azərbaycan əsilli İŞİD terrorçusunun ifadəsi əsasında həyata keçirildiyini deyib: “İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu üzə çıxıb. Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi şübhə yaradıb. Həmin şəxs saxlanılarkən İŞİD-çi olduğunu, iki nəfəri terrora aktı törətmək üçün Ankaraya gətirdiyini etiraf edib. Onun ifadəsindən sonra Ankarada əməliyyat keçirildi, hər iki terrorçu öldürüldü”.

İnterpress.az