Kim Jong Un yeni raketin kütləvi istehsalı ilə bağlı əmr veribbackend

Kim Jong Un yeni raketin kütləvi istehsalı ilə bağlı əmr verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KCNA-a görə, Şimali Koreya lideri Kim Jong Un da prosesi izləyib. O, bu raketin kütləvi istehsalı ilə bağlı əmr verib.
Adı və xüsusiyyətləri haqqında hələ məlumat verilməyən raket üçün növbəti mərhələ, döyüş silahları arasına çıxarılmasıdır.
Ağ Evdən bildirilib ki, hazırkı sınaq zamanı təqdim olunan raket növləri, əvvəlki üç sınaqdan daha az olub.
Şimali Koreya ordusu Baş Qərargahından verilən məlumata əsəsən, Şimali Koreyanın bu raketi bazar günü günorta saatlarında atılıb.
Yonhap Cənubi Koreya xəbər agentliyi bildirib ki, raket 500 km uçaraq Yapon dənizinə düşüb. Keçən həftə KXDR-n atdığı raket, təxminən 700 km uzaqlığa düşmüşdü.
Cənubi Koreya mətbuatının yaydığı məlumata görə raket, aprel ayında sınaqdan keçirilən və buraxılan an partlayan raketin atıldığı yerdən, KXDR-n mərkəzində yerləşən Pxenyan-Namdo əyalətinin Puxçxan rayonundan atılıb.
Raket, Şimali Koreyanın nüvə başlığı daşıdığını bildirdiyi raketin atışından bir həftə sonra sınaqdan keçirilib.
KCNA Şimali Koreya xəbər agentliyi bildirib ki, ölkə, \”ABŞ-a atılacaq\” şəkildə raketləri yaratmağa davam edəcək.
BMT Təhlükəsizlik Şurası mayın 15-də Şimali Koreyaya raketlərin atılması ilə bağlı xəbərdarlıq edib.
\”Şimali Koreya konkret tədbirlər vasitəsilə nüvə silahsızlaşdırması üçün addımlar nümayiş etdirməlidir,\” Təhlükəsizlik Şurasının qətnaməsində qeyd olunub.
Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışını çərşənbə axşamı mayın 23-ü yenidən müzakirə edəcək. Görüş, ABŞ, Yaponiya və Cənubi Koreyanın tələbi əsasında baş tutacaq. (bbc)

İnterpress.az