ÜAK-la bağlı Lavrova məktub göndərildibackend

ÜAK-la bağlı Lavrova məktub göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Diaspora üzrə Dövlət Komitəsindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub. “Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki ölkəyə dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün stimul verib” – deyə məktubda bildirilib.

Məktubda qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı olduqca ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir. “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq” – deyə məktubda vurğulanıb.

İnterpress.az