Türkiyə ABŞ-a nota veribbackend

Türkiyə ABŞ-a nota verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ankaradakı səfiri Con Bass bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Nazirlikdən verilən açıqlamada bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı onun mühafizəçilərinə qarşı edilən davranışla bağlı yazılı və şifahi olaraq Vaşinqtona etiraz çatdırılıb, ABŞ rəsmilərinin araşdırma aparması və lazımi açıqlamaların verilməsi tələb edilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti də öz növbəsində Türkiyənin Vaşinqtondakı səfirini dəvət edərək ona prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin etirazçılara qarşı hərəkətləri ilə bağlı rəsmi etiraz bildirilib. ( apa )

İnterpress.az