Araz Əlizadə Rəsulzadəni aşağıladı, sərt cavab aldıbackend

Araz Əlizadə Rəsulzadəni aşağıladı, sərt cavab aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsulzadə Azərbaycan üçün heç nə etməyib, Elçibəy də qiyamla prezident olmuşdu”. Bu sözləri deputat Araz Əlizadə ölkə.az saytına verdiyi müsahibəsində bildirib. Mütəmadi olaraq qıcıq doğuran açıqlamaları ilə gündəmə gələn deputat bu dəfə də, xüsusən də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 99 illiyi ərəfəsində səsləndirdiyi fikirlərə görə kəskin tənqid obyektinə çevrilib. Qeyd edək ki, bundan əvvəl də, zaman-zaman bəzi məmurlar, Rəsulzadə şəxsiyyəti haqqında hədyanlı fikirlər söyləyib, onu aşağılamağa çalışıblar. Lakin ictimaiyyətin kəskin reaksiyaları, tənqidləri onları tutarlı şəkildə susdura bilib.

Araz Əlizadənin də səsləndirdiyi son hədyanlı fikirlərə görə ilk reaksiyalar həmkarları tərəfindən gəlib.

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa həmkarının səsləndirdiyi fikirlərin absurd olduğunu bildirdi: “Hamısı absurd, heç bir məntiqi əsası olmayan fikirlərdir. Əvvəla, mərhum Əbülfəz Elçibəy səsvermə yolu ilə prezident seçilmişdi. Və həmin zaman heç bir qiyam da olmayıb. Prezidentliyə namizədliklər verildiyi vaxtlarda 14 may çevrilişi baş verib və ona qarşı xalq tərəfindən reaksiya verilib. Elçibəy hansısa qurum yaradıb onun başına gəlməyib ki… Seçki yolu ilə xalqdan səs alıb hakimiyyətə gəlmişdi. Ona görə də Araz Əlizadənin \”Elçibəy də qiyamla prezident olmuşdu\” fikirləri olduqca absurd və səhv yanaşmadır.

Araz Əlizadə Rəsulzadəni aşağıladı, sərt cavab aldı

Rəsulzadə haqqında səsləndirdiyi fikirlərə gəldikdə isə bir məsələyə diqqət etmək lazımdır. Kimsə Rəsulzadənin rolunu kiçiltməyə çalışırsa, əslində bu həmin şəxsiyyətin xeyrinədir. Çünki bu cür yanaşmalar olanda insanlar bir daha gedib Rəsulzadə haqqında oxuyur, bir daha aydınlaşdırırlar ki, necə ola bilir ki, 20-ci əsrin əvvəllərində millət kimi formalaşmadığımız bir zamanda adam dövlət, bayraq kəşf etsin və bu gün də onlar olduğu kimi yaşasın, özü də şəxsiyyət kimi aktuallığını itirməsin. Bundan böyük nəhənglik ola bilərmi? Ona görə də Rəsulzadənin haqqında bu cür fikirlərin səslənməsi ümumi işin xeyrinədir ki, hər kəs bir daha onun böyüklüyünü anlamaq üçün bir daha ona müraciət etməli olur. Bu baxımdan da hansısa bu cür əsası olmayan fikirlərin istər millət vəkili, istərsə də digər şəxslər tərəfindən səslənməsi böyük nəticə doğurmur və Rəsulzadənin Azərbaycan tarixində olan möhtəşəm rolunu qətiyyən azaltmır, əksinə insanlara onu daha çox dərk etməsi fürsəti yaradır. Ona görə də mən bu cür fikirləri səsləndirən insanların üzərinə çox da gedilməsinin tərəfdarı deyiləm. İndi fikirdir, öz sözlərini deyirlər. Amma beləliklə, özlərini pis vəziyyətdə qoyurlar. Çünki həqiqətə uyğun olmayan fikirlər deyəndə hər halda cəmiyyət tərəfindən dəyərləndirilməsi də müsbət olmur, bu onların özlərinə ziyan gətirir\”.

Araz Əlizadə Rəsulzadəni aşağıladı, sərt cavab aldı

Tarixçi Nəsiman Yaqublu isə qeyd etdi ki, Rəsulzadəyə qarşı bu cür kampaniyanın başlanması əslində gözlənilən idi: “Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi əlaqədar ölkə başçısı sərəncam imzaladı. Bundan sonra bu cür reaksiyaların veriləcəyi, müəyyən adamların narahatçılıq keçirəcəyi gözlənilən idi. Bu reallıq bir neçə faktı ortalığa qoyur ki, həqiqətən də bu cumhuriyyətin yaradılmasında, formalaşmasında, bütün olaraq inkişaf etdirilməsində Rəsulzadənin əvəzsiz xidmətləri vardır. Və o, bu cümhuriyyətin baş ideoloqu, qurucusu və yaradıcısıdır. Ona görə də Rəsulzadəni gözdən salmağa çalışan bu cür insanlar bu kampaniyaya artıq başlayıblar. Mən hələ gözləyirdim ki, niyə onlar gecikirlər. Çünki gözləyirdim ki, sərəncam imzalanandan sonra onlar artıq öz kampaniyalarına başlayacaqlar. Onlar hələ bir qədər hövsələlik nümayiş etdirərək, bir neçə gündən sonra bu cür reaksiyalara start verdilər. Hətta daha əcaib şeylər görəcəyik. Amma mən arzulayardım ki, onlar heç olmasa cumhuriyyətin 100 illiyinə, tariximizə hörmətlə, sayğı ilə yanaşsınlar. Ölkə prezidentinə mən təkliflər göndərmişəm. Həmin təkliflərdə də bildirmişəm ki, bu tarixi təkcə biz qeyd etmirik, eyni zamanda Gürcüstan, Ermənistan və digər ölkələr də qeyd edirlər. Həmin ölkələrin heç birində dövlətin qurucularına qarşı bu cür kampaniya aparılmır və güman edirəm ki, heç aparılmayacaq da. Bizdə isə eybəcər halda kampaniya, təbliğat aparılır. Bunun heç bir effekti də yoxdur. Çünki Rəsulzadə haqqında onlarla cild kitablar hazırlanırsa, imkan daxilində bu tip kitabları çap edir və davam ediriksə, bunlar bir daha sübut edəcək ki, Azərbaycanın Xalq Cumhuriyyətinin yaradıcısı, qurucusu Rəsulzadədir. Ən azından o yoxdan dövlət quraraq ayağa qaldırmışdı, üç rəngli bayrağımızı dövlətimizin əsas rəmzlərindən birinə çevirib və Azərbaycan tarixində ilk dəfə olaraq demokratik və hüquqi prinsipə əsaslanan dövlət qurmuşdu. Bunun heç kim tarixdən silə bilməyib, necə ki, 70 il sovet hakimiyyəti silə bilmədi, indi də müəyyən adamlar buna nail ola bilməyəcək. Rəsulzadə 20-ci əsr tarixinin ən böyük şəxsiyyətidir. Tarixi şəxsiyyətləri aşağılamağa çalışanlar gedib ilk növbədə kitab oxusunlar. Onlar bilmədikləri məsələlərə qarışırlar”.

BAXCP-in sədr müavini Niyaməddin Orduxanlı isə qeyd etdi ki, Araz Əlizadə bundan əvvəl də dəfələrlə tarixi şəxsiyyətləri təhqir edib, aşağılayıb:

Araz Əlizadə Rəsulzadəni aşağıladı, sərt cavab aldı

“Dəfələrlə Azərbaycan cəmiyyəti bunun şahidi olub. Nəinki Məmmədəmin Rəzulzadəni, Əbülfəz Elçibəyi və 1918-ci ildə Azərbaycan türklərini erməni-rus soyqırımından qurtaran Nuru Paşanı təhqir edib. Bunun qardaşı Zərdüşt Əlizadə də eyni mövqeydədir. Bunlar ailəlikcə türk etnosuna ikrahla yanaşıblar. Fürsət düşdükcə bütün təhqirlərə əl atıblar. Buna görə, konkret demək olar kı, Araz Əlizadə ünsürdür. Və böyük bir türk xalqını gözdən salmaq istəyən və Azərbaycanın müstəqlliyini qazanmış tarixi şəxslər haqqında bu cür həqarətlə danışan adamın başqa adı ola bilməz! Azərbaycan türklərini böyük bir soyqırımdan qurtaran Nuru Paşamız birbaşa Bakını erməni-rus hərbi birləşməsindən azad edərək Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına da olan maneəni aradan qaldırmış olub. Onu da deyim ki, hər dəfə Araz və Zərdüşt Əlizadənin bu sərsəmləmələrinə cəmiyyət çox sərt reaksiya verir. Sosial şəbəkələrdə bu məxluqların türk millətinə patoloji nifrətinin olmasından yazılır. Azərbaycan xalqının yaxşı bir el misalı var: \”Ot kökü üstündə bitər\”. 1975-ci il də Əbülfəz Elçibəy siyasi dissident kimi məhkəmə qarşısında mühakimə olunarkən Araz Əlizadənin atası Mübariz Əlizadə məhkəmə prosesində bir neçə dəfə çıxış edərək ona qarşı kəskin mövqe tutduğunu yaşlı və orta nəsil bu gün də lənətlə xatırlayır. Prosesin sonunda hakim Əbülfəz Elçibəydən soruşur ki, son söz demək istəyirsinizmi? Əbülfəz Elçibəy hakimdən xahiş edir ki, mənə son söz üçün ayıracağınız vaxtı Mübariz müəllimə verin, qoyun özünü bir az da artıq biabır eləsin… İndi də bu qardaşlar özlərini biabır etməklə məşğul olurlar\”.

İnterpress.az