İngiltərədə terror aktı — 19 ölü, 50 yaralı – VİDEObackend

İngiltərədə terror aktı — 19 ölü, 50 yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Mançesterdəki stadionda baş verən terror aktında 19 nəfər həlak olub, 59 nəfər isə yaralanıb.

Britaniyanın baş naziri Tereza Mey baş verən hadisəni dəhşətli terror aktı adlandırıb. Tamaşaçılar iki partlayış barədə xəbər veriblər. Əvvəlcə bunun hava şarı olduğunu düşünsələr də, sonradan real təhlükə olduğu məlum olub. 21 min nəfər tamaşaçı tutumu olan stadionda baş verən partlayış 19 nəfərin ölümünə, 59 nəfərin yaralanmasına səbəb olub. Mançester polisi 19 nəfərin, Britaniya və ABŞ hüquq-mühafizə orqanları isə 20 nəfərin həlak olduğunu bildirir.

Britaniya mətbuatı iki partlayışın baş verdiyini yazır. Ariana Qrande partlayış vaxtı xəsarət almayıb. Onun mətbuat katibi bildirib ki, Ariana sağ-salamatdır. Baş verənləri dəqiqləşdiririk.

Hazırda stadionda sapyorlar fəaliyyət göstərir.


İngiltere'de 19 Kişinin Hayatını Kaybettiği... by haberler
İnterpress.az