Artıq bizdə də var – qaraciyərin dostu – Ənginarbackend

Artıq bizdə də var – qaraciyərin dostu – Ənginar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənginarın faydaları:
Ənginar qaraciyəri müalicə edən təbii vasitədir. O, qaraciyər üçün çox faydalıdır; qaraciyəri qoruyur və qaraciyər xəstəliklərinin çox daha tez yaxşılaşmasını təmin edir. Qaraciyər, böyrək və bağırsaqların nizamlı işinə kömək edir və böyrək daşlarını tökür. Həzmi asanlaşdırır. Sidikqovucudur. Qandakı şəkər nisbətini nizamlayır, xolesterolu salır. Bədənə müqavimət, dinclik verir. Bədəni və zehni yorğunluğu aradan qaldırır. Döş vəzisi, rəhm ağızı və prostat xərçənginin qarşısını almaqda köməkçi vasitədir. Ənginar ürəyi və damar sağlamlığını qorumaqda da təsirlidir.

Hüceyrələrin köhnəlməsinə maneə törədərək yaşlanmanın təsirlərini azaldır. Sarılıqda faydalıdır. Revmatizm şikayətlərini azaldər. İshalı kəsir. Tər qoxusunu aradan qaldırır. Temperaturu salır, iştahı artırır.
Əgər siz də sağlam qidalanmaq istəyirsinizsə, tərəvəzləri mövsümündə yeməyə başlaya bilərsiniz. Bu aralar ənginar mövsümüdür. Üstəlik, ənginarın faydaları saymaqla bitməyəcək qədər çoxdur. Həzm sistemi narahatlıqlarından, ürək xəstəliklərindən xərçəngə qədər bir çox faydası olan möcüzə tərəvəz olan ənginarı süfrələrinizdən əskik etməyin.

* Ənginar son dərəcə faydalı və qiymətli bir qidadır. Digər tərəvəzlərdən fərqli olaraq yüksək nisbətdə zülal və karbohidrat tərkiblidir. Vitamin və mineral baxımından da son dərəcə zəngindir.
* Tərkibində ən sərt maddələrin belə həzm edilməsinə köməkçi olan sinarin adlı maddə var.
* Qaraciyər, öd kisəsi, böyrəklər və bağırsaqların nizamlı işləməsinə köməkçi olur.
* A, D, D2, B6 və C vitaminləri baxımından zəngin olan ənginar beyin yorğunluğunu da aradan qaldırar.
* Yüksək zülal məzmununa görə ürək əzələlərini qüvvətləndirir.
* Qandakı şəkəri aşağı salan bu qiymətli tərəvəz şəkər xəstələri üçün də çox faydalıdır.
Ənginarın faydaları
* Bədənə canlılıq verir.
* Qaraciyəri qoruyur, qaraciyər xəstəliklərinin daha tez yaxşılaşmasını təmin edir.
* Həzmi asanlaşdırır.
* Qandakı şəkər nisbətini nizamlayır.
* Ürək sağlamlığı üçün faydalıdır.
* İshalı kəsir və qarşısını alır.
* Qanı təmizləyir.
Qeyd: Ənginar xalq arasında qaraciyər müalicəsində məşhur istifadə edilən bir tərəvəzdir. Xalq arasında deyirlər ki, qaraciyər narahatlıqlarını 2 aylıq ənginar yeməklə yaxşılaşdırmaq mümkündür.

Artıq bizdə də var - qaraciyərin dostu - Ənginar

İnterpress.az