BM-dən Şimali Koreyaya çağırış!backend

BM-dən Şimali Koreyaya çağırış!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya, bazar günü orta ballistik raket sınağını \”müvəffəqiyyətlə\” yerinə yetirdiyini açıqlamışdı.
BMT-nin mətbuat katibi Stephane Dujarric, gündəlik mətbuat brifingində, Şimali Koreyanın ballistik raket sınaqlarının regional və beynəlxalq təhlükəsizliyi təhdid etdiyini söylədi.
Dujarric, \”Şimali Koreyaya mənalı dialoqun yenidən başlamasına imkan yaratmaq üçün raket sınaqlarını dayandırması çağırışı edirik\”- dedi.
BMT Təhlükəsizlik Şurası isə ABŞ, Yaponiya və Cənubi Koreyanın tələbi üzərinə Şimali Koreyanın son ballistik raket sınağını müzakirə etmək üçün sabah qapalı iclasda toplanacaq.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası, nüvə proqramı səbəbiylə Şimali Koreyaya 2006-dan bu yana müxtəlif hərbi və iqtisadi sanksiyalar tətbiq edir.
ABŞ, Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını istəyir. Şimali Koreya isə ballistik raket sınaqlarının \”müdafiə etmə məqsədli\” olduğunu müdafiə edir.

İnterpress.az