“Biz görürdük ki, xalqımız necə sevinir” – Prezidentbackend

“Biz görürdük ki, xalqımız necə sevinir” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq: “Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğunu, islamın sülh, mədəniyyət dini olduğunu göstərib, Azərbaycanın zəngin mədəniyyəti və tarixini bütün dünyaya nümayiş etdirib. Bağlanış mərasimində isə Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir”.

İnterpress.az