Venesuelada Çavezin evi atəşə tutuldubackend

Venesuelada Çavezin evi atəşə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Ria Novosti\”yə istinadən verdiyi məlumata görə, müxalifətçi millət vəkili Pedro Luis Castillo, nümayişçilərin, ölkənin qərbindəki BARINAS şəhərində Çavezin uşaqlıq illərinin keçdiyi evi atəşə tutduqlarını bildirdi.
Xatırladaq ki, Venesuelada sürən nümayişlər zamanı həftəsonu paytaxt Caracasda hökumət tərəfdaşı olan 21 yaşında gəncin üzərinə benzin tökülərək yandırılmışdı.
Məlumata görə, ölkədəki nümayişlərdə ölənlərin sayının 49-a yüksəldiyi açıqlanmışdı.
Venesuelada qida qıtlığı, yüksək inflyasiya və artan cinayət nisbətlərində qaynaqlanan ictimai narazılıq, Maduro liderliyindəki hökumətin nəzarət etdiyi Yüksək Məhkəmənin, 31 Martda Konqressin səlahiyyətlərini əlindən aldığını şərhiylə küçə etirazlarına çevrilmişdi.
Qeyd edək ki, Venesuelada mart ayının sonundan bu yana davam edən hökumət əleyhinə etirazlarda 49 nəfər ölüb, yüzlərlə adam yaralanıb, bir çox adam nəzarətə alınıb.
Müxalifət, ölümlərdən nisbətsiz güc istifadə təhlükəsizlik qüvvələrini və hökumət tərəfdarı milisləri məsul tutur. Maduro isə etirazlara qatılan həddindən artıq sağçı radikalların cinayət dəstələri ilə iş birliyi içində şiddəti qızışdırdığını müdafiə edir.

İnterpress.az