Filippində hərbi vəziyyət elan edildi!backend

Filippində hərbi vəziyyət elan edildi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Filippin prezidenti Rodrigo Duterte, Marawi şəhərində baş verən qarşıdurmalar nəticəsində Rusiya səfərini yarıda kəsərək Filippinə geri döndü.
Ölkədə çərşənbə axşamı hərbi vəziyyəti elan edildiyi ifadə edildi.
Prezident spikeri Ernesto Abella, çərşənbə axşamı hərbi vəziyyət elan edilməsindən sonra Dutertenin ölkəsinə geri dönməsi lazım olduğunu söylədi. Rusiyaya 5 günlük ziyarət planlaşdıran Duterte, cümə axşamı Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşü reallaşdırmadan ölkəsinə geri döndü. Ayrıca, Moskva səfəri çərçivəsində, Duterte universitetlərin birində konfransda çıxış etməyi və Baş nazir Dmitri Medvedev ilə ikitərəfli danışıqlar aparmağı planlaşdırırdı.
Xatırladaq ki, Filippin prezidenti Rodrigo Duterte, ABŞ ilə əlaqələrin zirvəsindən sonra Rusiya və Çinin güvəndiyi iki böyük ölkə olduğunu söyləmişdi. Duterte, keçən il Çin ziyarətində:- \”Özümü ideoloji baxımdan yenidən kəşf etdim. Bəlkə Putinlə danışmaq üçün Rusiyaya gedəcəyəm. Dünyaya güclü ölkələrin yalnız Çin, Filippin və Rusiya olduğunu söyləyəcəyəm. Tək yol bu\”- şərhini etmişdi.

İnterpress.az