Keçmiş CIA direktoru etiraf etdi: “Rusiya seçkilərə müdaxilə etdi”backend

Keçmiş CIA direktoru etiraf etdi: “Rusiya seçkilərə müdaxilə etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Brennan, bu mövzunu Rusiya Kəşfiyyat Service (FSB) başçısına çatdırdığını və bu cür müdaxilələrin ikitərəfli əlaqələrə zərər verə biləcəyi xəbərdarlığını etdiyini bildirib.
Brennan, \”Rusların, Trumpın dəstəsinə mənfəətləri istiqamətində istifadə -və ya istifadə etmədikləri mövzusunda cavablaya bilmədiyim suallar var\” dedi.
Brennan, söz mövzusu kəslərin şəxsiyyətləri haqqında məlumat verməyi rədd etdi.
Brennan, \”Rusiya, bütün xəbərdarlıqlarımıza baxmayaraq, gözlə görünən şəkildə 2016-cı ildə keçirilən seçkilərə müdaxilə etdi\” dedi.
Brennan bu mövzunu FSB Başçısı Aleksandr Bortnikov ilə 4 avqust görüşündə gündəmə gətirdiyini qeyd etdi.
Brennan, prezident Barak Obama və digər üst səviyyə səlahiyyətliləri məlumatlandırdığını, avqust və sentyabr aylarında Konqresdəki Demokrat və Respublikaçı liderlərlə mövzunu paylaşdığını də qeyd etdi.
Məlumata görə, Amerika kəşfiyyat xidmətləri Moskvanın noyabr seçkilərini Trump lehinə təsir etməyə çalışdığı nəticəsinə gəlib çıxmışdı.

İnterpress.az