Trump ilə Papa Vatikanda bir araya gəldibackend

Trump ilə Papa Vatikanda bir araya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, xarici ziyarətləri çərçivəsində İtaliyanın paytaxtı Romaya gedən ABŞ prezidenti Donald Trump, Vatikanda Katolik Kilsəsinin ruhani lideri və Vatikan Dövlət Başçısı Papa Françesko ilə görüşdü.
Trumpa yoldaşı Melania, qızı Ivanka və kürəkəni Jared Kushner də yoldaşlıq etdi.
Xatırladaq ki, Papa ilə Trump keçmişdə iqlim dəyişikliyi və köç kimi mövzularda qarşı-qarşıya gəlmişdi.
Trumpın, Papa ilə görüşündən sonra isə İtaliya prezidenti Sergio Mattarella və Baş nazir Paolo Gentiloni ilə qısa danışıqlar reallaşdırması gözlənilir.
Qeyd olunur ki, ABŞ lideri, İtaliya ziyarətinin ardından NATO sammitinə qatılmaq üzrə Brüsselə gedəcək.

İnterpress.az