Ərdoğan Azərbaycanla birgə gömrük komitəsinin yaradılması haqqında sənədi təsdiq etdibackend

Ərdoğan Azərbaycanla birgə gömrük komitəsinin yaradılması haqqında sənədi təsdiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, memorandum 2015-ci il yanvarın 15-də Ankarada imzalanıb.

Birgə komitə tərəflər arasında gömrük işi sahəsində, o cümlədən gömrük nəzarətinin səmərəliliyini artırmaq və tərəflər arasında mallar və nəqliyyat vasitələrinə dair məlumatları ötürməklə gömrük prosedurlarını asanlaşdırmaq üçün layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı əlaqələndirəcək, əməkdaşlığın əsas sahələrini və istiqamətlərini müəyyən edəcək.

Komitənin iclasları növbə ilə Türkiyə və Azərbaycanda ildə bir dəfə keçiriləcək. (trend)

İnterpress.az