Ərdoğan Brüsseldə 3 liderlə görüşəcəkbackend

Ərdoğan Brüsseldə 3 liderlə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Alman millət vəkillərinin İncirlik Əsasındakı əsgərlərini ziyarət etmə tələbinin Ankara tərəfindən rədd edilməsindən sonra Türkiyə ilə Almaniya arasında yeni bir böhran baş vermişdi.
İki ölkə arasındakı bu böhran sonrası Almaniya, İncirlikdəki əsgərlərini başqa bir ölkəyə daşıma mövzusunda İordaniya, Cənubi Kipr və Küveyt daxil səkkizə yaxın alternativi mübahisə edirdi.
Son hadisələrin ardından, bəzi görüşlər aparmaq üçün Belçikaya gedən prezident Ərdoğanın, burada Almaniya Baş naziri Angela Merkel ilə bu gün saat 16.30 da görüşəcəyi ifadə edildi.
Görüşdə son dövrdə yaşanan İncirlik böhranı başda olmaq üzrə bir çox mövzu haqqında danışıqların aparılması gözlənilir.
Prezident Ərdoğanın Merkel xaricində, iki liderlə daha görüşəcəyi qeyd edilib.
İkitərəfli danışıqlar çərçivəsində Ərdoğan, Fransanın yeni prezidenti Emmanuel Macron və terror hücumuyla sarsılan İngiltərə Baş naziri Theresa May ilə bir araya gələcəyi bildirilib.

İnterpress.az