İspaniya məhkəməsi Lionel Messinin həbs cəzasını təsdiqləyibbackend

İspaniya məhkəməsi Lionel Messinin həbs cəzasını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin iyul ayında Messi vergilərdən yayındığına görə, 21 aylıq həbs cəzasına məhkum edilmişdi.
Məhkəmə həmçinin \”Barcelona\” klubunun hücumcusunun 2 milyon avro (2.2 milyon dollar) cərimə ödəməsi barədə qərar qəbul edib.
Bununla yanaşı, məhkəmə futbolçunun həbs cəzasını 21 aydan 15 aya endirib.
Messi və atasının həbsə göndəriləcəyi gözlənilmir. Çünki İspaniya məhkəməsi adətən cinayət ilk dəfə baş veribsə və cəza müddəti 2 ildən yuxarı deyilsə o zaman şərti müddət kəsir.
Yekun qərarı Barselondakı məhkəmə qəbul edəcək.
Ötən il Lionel Messi və atası Horhe Orasio Messi vergidən yayınma maddəsi ilə ittiham olunublar.
İttihamlara görə, futbolçu və atası 4,1 milyon avro dəyərində vergini ödəməyiblər. Məhkəmə dinləmələri zamanı Messi futbol oynamaqla məşğul olduğuna görə, gəlirləri ilə özü məşğul olmadığını bildirib.
Argentina tarixində ən çox titula sahib olan Lionel Messi müasir futbolun ən yaxşı futbolçularından sayılır. (bbc)

İnterpress.az