“Bizim Yol”da mənzil bölgüsü ilə bağlı gərginlik olubbackend

“Bizim Yol”da mənzil bölgüsü ilə bağlı gərginlik olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakıpost.az-a verilən məlumata görə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin də iştirak etdiyi həmin iclasda mübahisə yaranıb.

Buna səbəb evlərin bölgüsü zamanı qəzet əməkdaşlarının namizədliyinin irəli sürülməsi məsələsi olub. \”Bizim Yol”un baş redaktoru Bahəddin Həziyevin qəzetin jurnalisti Müşviq Hüseynovu, reklam işləri üzrə piar meneceri Gülnarə Məmmədovanı və qəzetin reportyoru Ramid İbrahimovu dəstəkləməsi və baş redaktorun birinci müavini Elçin Rüstəmli, eləcə də qəzetin əsas simalarından biri – Rəşad Vaqifoğlunun siyahıya salınmaması etirazla qarşılanıb.

Redaksiyanın iclasında olanlar sonuncu namizəd istisna olmaqla digər iki nəfərə ev verilməsinə qarşı çıxıblar. Bu mübahisədə xüsusi ilə qəzetin baş redaktorunun 1-ci müavini Elçin Rüstəmli sərt etirazını bildirib.

İclasda gedən gərgin müzakirə və mübahisələrdə E.Rüstəmli illərdir ki, mediada işlədiyini, 10 ildən çoxdur \”Bizim Yol” üçün dəridən-qabıqdan çıxdığını qeyd edib.

Lakin B.Həziyev öz namizədlərini dəstəkləyib. Bu da emosiyaları daha da artırıb və E.Rüstəmli istefa verdiyini bəyan edərək, redaksiyanı tərk edib.

Məsələ ilə bağlı Bakupost-a danışan E.Rüstəmli redaksiyada gərginliyin olduğunu təkzib etməyib, lakin \”Bizim Yol”dan istefa vermədiyini bildirib. O, baş verənlərin konfidensial bir məsələ olduğunu deyərək, əlavə şərh vermək istəməyib.

İnterpress.az