Əflatun Amaşovdan saytlara – Xəbərdarlıqbackend

Əflatun Amaşovdan saytlara – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Trend-ə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşovun sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərdən sonra yazılı mətbuat üçün nəzərdə tutulan məsuliyyət eyni zamanda internet resurslarına da şamil olunur:

“Məsələn terrorçuluğun təbliği, narkotik maddələrdən istifadənin, satışının təbliği və s. bu kimi nüanslar internet resurslarda birmənalı qaydada qadağan olunur. Əgər internet resursunda dövlət əleyhinə müəyyən çıxışlar varsa, dövlət çevrilişinə cəhdlər olarsa, bu zaman müvafiq icra orqanı həmin resursu bağlada və 5 gün müddətində məhkəmə nəticəsində bu məsələlərə aydınlıq gətirilə bilər. Bundan başqa, bır sıra saytlar var ki, sosial şəbəkələrdə ünvansız, yalançı adlarla fəaliyyət göstərirlər, ayrı-ayrı insanların şərəf və ləyaqətini alçaldır, onların şəxsi həyatlarına müdaxilə edirlər. Həmin dəyişikliklərdə birmənalı şəkildə göstərilir ki, bütün xəbər resursları özləri haqqında məlumatları yerləşdirməlidirlər. Əgər bu, hüquqi şəxsdirsə, onun adı, ünvanı, əlaqə vasitələri, fiziki şəxsdirsə, onun elektron ünvanı, telefon nömrələri sosial resursda göstərilməlidir”.

Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Komissiyası Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının fəaliyyətini genişləndirmək üçün komissiyaya hüquq-mühafizə orqanlarının – Respublika Prokuroluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrini cəlb edib.

Onun sözlərinə görə, komissiyanın iclaslarında reketçiliklə əlaqədar məsələlər müzakirə edilərkən adıçəkilən qurumlardan hər 3-nün nümayəndəsi iştirak edəcək. Artıq həmin qurumlar tərəfindən komissiyanın üzvləri olan şəxslər müəyyənləşdirilib:

“Reketçiliyə qarşı mübarizə işində elə məsələlər olur ki, onlar artıq hüquqi müstəvidə araşdırılmalıdır. \”Reket jurnalistika\” deyildikdə, yalnız jurnalist nəzərdə tutulmamalıdır. Çünki pul verən və pul alan tərəf var. Həmin komissiyanın genişləndirilməsində məqsəd də odur ki, faktlar təsdiqini taparsa, digər tərəf- pul verən tərəf də məsuliyyətə cəlb edilsin”.

İnterpress.az